Apr 04 2017 15:15
Ulviyye Sabirqizi
Views: 1115

Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması təkcə sənaye və ticarət kontekstində deyil, müasir dövrdə mədəniyyət sferasında da aktuallığını qoruyur.

CBC xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov “Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda keçirilən elmi-praktiki konfransda deyib. 

Bildirib ki, əqli mülkiyyətin həm iqtisadi, həm sosial-elmi, həm də mədəni əhəmiyyəti var. Patent hüququ obyektlərinin mühafizəsi sənayenin effektivliyinə təsir etməklə yanaşı, ölkədə elmi biliklərin aşılanmasına, mədəni irsin qorunmasına, tarixən əldə olunmuş nüfuzun, intellektual komponentlərin gələcək nəsllərə ötürülməsinə mühüm vasitədir: 

“Burada ənənəvi biliklərə əsaslanan ixtiraçılıq fəaliyyətinin inkişaf etdirilməsi, təşviş edilməsi hər zaman aktualdır. Bu, həm bu sahədə ixtiraçıların, həm də yenilik gətirən insanların fəaliyyətini təşviq edir, hüquqlarının qorunmasına xidmət edir. Digər tərəfdən isə məhz ənənəvi biliklərə, Azərbaycanın ənənəvi musiqi alətlərinə və ənənəvi təcrübələrə əsaslanan ixtiraçılıq fəaliyyətini nəzərə alsaq, bu eyni zamanda, bizim mədəni irsimizin, ənənəvi musiqi alətlərinin bir daha təbliği, onların bir daha milli mənsubiyyətini vurğulayan bir amildir. Bu gün təxminən 10-a yaxın ənənəvi alətlər üzərində müəyyən yeniliklər, təkmilləşdirmələr üzərində hüquqlar qorunmaqdadır”. 


Create Account



Log In Your Account