Mar 22 2018 14:19
Ferah Sabirqizi
Views: 718

Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan 371 seçici var. Onlardan 344-ü qadın, 27-si kişidir.

Bu barədə  Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

“Seçkilərə hazırlıq prosesi Mərkəzi Seçki Komissiyasının təqvim planına uyğun olaraq aparılır. Ölkə üzrə bütün seçki məntəqələri lazımi avadanlıqla təmin olunub. Seçkilərin yüksək səviyyədə hazırlanaraq azad, şəffaf və ədalətli keçirilməsi üçün bütün zəruri addımlar atılır”, - deyə Ş.Əsədli bildirib.

Xatırladaq ki, 11 aprel prezident seçkiləri 125 seçki dairəsi və 5641 seçki məntəqəsi üzrə keçiriləcək.


Create Account



Log In Your Account