Feb 04 2017 15:09
Ferah Sabirqizi
Views: 1017

2004-cü ilin bu günündə Facebook sosial şəbəkəsi meydana gəlib. 

Bu günə Facebookda 1,86 milyarddan çox insan qeydiyyatdan keçib. Bütün istifadəçilərin böyük hissəsi – 1,23 milyardı öz səhifəsinə hər gün daxil olur, 35 milyondan çox istifadəçi isə statusunu yeniləyir. 

Şəbəkə istifadəçiləri hər ay 2,5 milyard fotoşəkil və 14 milyon videoçarx yükləyir. Saytda 1,6 milyondan çox aktiv səhifə mövcuddur.

Ötən ilə nisbətən FB istifadəçilərinin sayı 18 faiz artıb. Daha çox Asiya və Sakit okean ölkələrindən yeni istifadəçilər şəbəkəyə qatılır. 
Hər bir istifadəçidən şirkətə 4,83 dollar gəlir daxil olur. 

 


Create Account



Log In Your Account