May 22 2020 12:31
Elshad Aliyev
Views: 33

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Palatadan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi müzakirə edilib.

İclasda 2019-cu ilin dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edən əsas meyllər diqqətə çatdırılıb, hesabat ili üzrə dövlət büdcəsinin gəlirləri, xərcləri, büdcə kəsiri və dövlət borcu üzrə göstəricilərin icra vəziyyəti barədə məlumat verilib.

Kollegiya iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinin Milli Məclisə təqdim edilməsi qərara alınıb.

 


Create Account



Log In Your Account