Dec 30 2019 12:56
Elshad Aliyev
Views: 97

Gələn il dövlət büdcəsi xərclərinin 2019-cu ilə nəzərən 6,8 faiz, o cümlədən cari xərclərin 39,3 faiz artacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, il ərzində ötən illə müqayisədə əhəmiyyətli artan büdcə kəsirini maliyyələşdirmək üçün daxili borclanmadan daha çox istifadə edilməsi həm makroiqtisadi sabitliyin qorunması, həm də maliyyə bazarlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edərdi.

Hökumətin rəsmi proqnozlarına görə, 2020-ci ildə inflyasiya 4,6 faiz olacaq ki, bu da əhalinin real gəlirlərinin artımına şərait yaradacaq səviyyədir. Ümumilikdə, 2020-ci ildə daxili balans üzrə qeyd olunan proqnozların reallaşması makroiqtisadi siyasətin bütün istiqamətlərinin effektiv koordinasiyasından və mümkün xarici şokun təsirlərinin qabaqcadan hazırlanmış tədbirlər planı ilə minimallaşdırılmasından asılı olacaq.


Create Account



Log In Your Account