Dec 28 2019 10:37
Elshad Aliyev
Views: 161

Dövlət İmtahan Mərkəzi 2020-ci ildə imtahanlarda iştirak edəcək nəzarətçilərin elektron qeydiyyatını yekunlaşdırıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, qeydiyyatın nəticələrinə əsasən, baza 15003 nəfər nəzarətçidən ibarətdir. 2019-cu ildə keçiriləcək imtahanlarda iştirak edən nəzarətçilər bazası 14890 nəfərdən ibarət olub.

Cari ildə keçirilən imtahanlarda iştirak edən zal nəzarətçilərinin fəaliyyəti müxtəlif meyarlar əsasında qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə görə, 1423 nəzarətçi müəllimə təşəkkür elan edilib, 27 nəfərin isə fəxri fərmanla təltif edilməsi nəzərdə tutulub.


Create Account



Log In Your Account