Jun 04 2020 15:09
Elshad Aliyev
Views: 64

Azərbaycan Respublikasının Dövlət Statistik Komitəsinin məlumatlarına əsasən, 2020-ci ilin ilk rübündə Meksikadan Azərbaycana ixracın həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 225.49% artmışdır.

Ilin ilk rübü ərzində Meksika məhsulların Azərbaycana ixracı 16.6 milyon dollar həcmində idi. 2020-ci ilin mart ayında COVİD-19 koronavirus pandemiyasının təsirin beynəlxalq ticarətdə hiss olunmağa başlamasına rəğmən, 2020-ci ilin ilk iki ayında ikitərəfli ticarətin təkanverici başlanğıcı əsasında və bu tendensiyanın qorunub-saxlanacağı təqdirdə ümumi illik göstərici 65 milyon dolları ötə bilər. Xatırladaq ki, 2019-cu ildə Meksika-Azərbaycan ticarətində tarixi rekord göstərici - 52 milyon dollar qeydə alınmışdır.

Sözügedən dövr ərzində, Meksikadan Azərbaycana ümumi ixracın 80% neft sənayesi üçün borular və turizm sektorunda istifadə olunan avtomobillər (1000-1500 sm3 y 1500-3000 sm3 gücündə) təşkil etmişdir. Qalan 20% 244 tarif fraksiyasına cavab verən məhsullar arasında bölünüb, bu isə Meksikadan Azərbaycana ixracın geniş çeşidli olmasını göstərir.

2020-ci ilin ilk rübündəki ixracın 45.16% dəmir və polad məhsulları, 37.64% avtomobillər və 6.78% müxtəlif maşın və elektrik cihazlar təşkil etmişdir.


Create Account



Log In Your Account