Nov 25 2019 12:29
Elshad Aliyev
Views: 70

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır. Növbəti ildə sosialyönümlü xərclərin məbləği 10 milyard 642 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 2 milyard 874 milyon manat və ya 37 faiz çoxdur.

Plenar iclasda deputatların büdcə ilə bağlı qaldırdığı məsələlər Maliyyə Nazirliyi tərəfindən öyrənilib.

Müzakirələrdən sonra dövlət büdcəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

 


Create Account



Log In Your Account