Nov 27 2019 13:57
Elshad Aliyev
Views: 418

Azərbaycanda smart tipli elektrik sayğaclara tam keçid 2023-cü ilədək təmin olunacaq.

Trend-in məlumatına görə, bunu "Azərişıq" ASC-nin "ASAN xidmət"lə iş və elektron idarəetmə departamentinin direktoru Elsevər Rüstəmli deyib

E.Rüstəmli bildirib ki, hazırda "Azərişıq" tərəfindən yeni qoşulmaların təqribən 90%-i sırf smart sayğaclardır və yeni massivlərdə quraşdırılan sayğacların əksəriyyəti məhz bu tipli sayğaclardır:

"Yol xəritəsinə uyğun olaraq, 2023-cü ilədək ölkənin elektrik təchizatı sistemi "ağıllı şəbəkə"yə keçməlidir ki, burada söhbət kart sisteminə keçiddən deyil smart tipli şəbəkələrdən gedir".


Create Account



Log In Your Account