Jul 20 2019 11:09
Ferah Sabirqizi
Views: 209

Düz 25 il bundan əvvəl “Kral Şir” cizgi filmi ekranlara çıxdı və dərhal da böyük auditoriya qazandı. Bütün dünyada milyonlarla pərəstişkarı ortaya çıxan film hər yerdə prokatda uğur əldə etmiş oldu. Rocer Ellers və Roba Minkoffanın möhtəşəm rejissorluğu, Elton Conun musiqisi, sadə və eyni zamanda ovsunlayan əhvalat “Kral Şir”ə 1994-cü ilin ən büdcəli filmi olmağa imkan verdi.

2016-cı ildə “Disney” elan etdi ki, “Kral Şir”in rimeykini çəkməyə hazırlaşır. Yeni layihənin rejissoru Con Favro (“Dəmir adam”, “Dəmir adam 2”, “Cəngəlliklər kitabı”) olacaq. Beləliklə, 25 illik fasələdən sonra “Kral Şşira” yenidən ekranlara çıxdı. Ceyms Erl Cons 25 il bundan əvvəl olduğu kimi Mufasanı səsləndirdi. Film ulduz aktyor heyəti ilə heyrətləndirir: Donald Qlover, Set Roqen, Beyonse, Con Oliver, Çivetel Eciofor…

“Kral Şir” filminin dünya premyeras iyulun 9-da Hollivudda keçirilib. Bakıda isə filmin apalı nümayişi iyulun 18-də “Park Cinema”da baş tutdu.

Kinoteatrlar şəbəkəsi dünya premyeralarını Bakıya gətirməklə yanaşı, həm də maraqlı layihələrə imza atır. Bu layiəhlərdən biri də Milli Mətbuat Gününün 144-cü ildönümünə həsr edilib. Belə ki, iyulun 22-si, Milli Mətbuat Günündə media işçiləri üçün “Park Cinema”nın seanslarına giriş PULSUZ olacaq. Hər jurnalist öz iş vəsiqəsini kassada göstərərək (vəsiqə etibarlı olmalıdır, üzərində qurumun möhürü və rəhbərin imzası yer almalıdır), istənilən seansa bilet əldə edə biləcək.

 


Create Account



Log In Your Account