Aug 09 2018 11:31
Ferah Sabirqizi
Views: 73

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, saat 10.30-a olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 10732, II ixtisas qrupu üzrə 7981, III ixtisas qrupu üzrə 9240, IV ixtisas qrupu üzrə 2765 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 1072, II ixtisas qrupu üzrə 863, III ixtisas qrupu üzrə 745, IV ixtisas qrupu üzrə isə 276 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 2257 nəfərdir.

Ümumilikdə 5 ixtisas qrupu üzrə 35765 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.


Create Account



Log In Your Account