Sep 29 2018 12:17
Ferah Sabirqizi
Views: 466

İndoneziyanın Sulavesi adasında 7,4 bal gücündə zəlzələdən sonra güclü sunami baş verib.

Zəlzələ və sunami nəticəsində həlak olanların sayı 384 nəfərə çatıb.

Xatırladaq ki, sentyabrın 28-də səhər saatlarında Sulavesi adası sahillərində, Palu şəhəri yaxınlığında zəlzələ baş verib. Bundan bir qədər sonra həmin rayonda 7,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Yerli KİV-lərin yaydığı məlumata görə, bundan sonra Palu şəhərinə 3 metr hündürlüyündə sunami dalğaları çatıb.
 
Hakimiyyət orqanları Mərkəzi Sulavesi əyalətinin paytaxtındakı aeroportu şənbə günü axşamadək bağlamaq barədə qərar qəbul ediblər.


Create Account



Log In Your Account