Apr 21 2017 12:29
Naile Hesenova
Views: 62

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə turizm, təhsil, mədəniyyət, kiçik və orta sahibkarlığa dəstək və digər sahələr üzrə dialoqu genişləndirməkdə maraqlıdır.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) İnsan Hüquqları və Demokratiya İdarəsinin Qanunun aliliyi və demokratiya şöbəsinin müdiri Aysel Yaqubova "Dövlət qulluğunda məlumat bazalarının yaradılması və idarə edilməsi" mövzusunda bu gün keçirilən seminar zamanı çıxışında deyib.

Onun sözlərinə görə, Aİ ilə dialoqun aparılması Azərbaycan üçün prioritet sahələrdən biridir və bu, ikitərəfli əlaqələrin inkişafı üçün vacibdir:

"Biz inanırıq ki, “Şərq tərəfdaşlığı” proqramı digər sahələrlə yanaşı, dövlət qulluğu sahəsində islahatların aparılması təcrübəsini gücləndirəcək. Bu proqram Avropa İttifaqı, eyni zamanda proqram iştirakçıları arasında qarşılıqlı əlaqələrin formalaşması üçün səmərəli platformalardan biridir. "Şərq tərəfdaşlığı"nın platformaları və panelləri ölkələr arasında ən yaxşı təcrübələrin və biliklərin mübadiləsi baxımından səmərəli vasitələrdən biridir".

A.Yaqubova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Brüsselə səfəri zamanı Azərbaycan və Aİ arasında yeni sənəd üzrə danışıqlara rəsmi start verilib.

 


Create Account



Log In Your Account