Apr 16 2021 16:11
Elshad Aliyev
Views: 120

Ukraynadakı vəziyyət Avropa İttifaqı (Aİ) Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən videokonfransda müzakirə olunacaq.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano bildirib.

O deyib ki, aprelin 19-da onlayn formatda keçirilən görüşdə Rusiyanın Krım ətrafında, Qara dənizin müəyyən hissələrində gəmi hərəkətinin məhdudlaşdırması ilə bağlı bəyanatı və Ukraynadakı vəziyyətin bütün aspektləri nəzərdən keçiriləcək.

P. Stano qeyd edib ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunma ehtimalını açıq şəkildə müzakirə etməyəcək, sanksiyaların gücləndirilməsi və ya aradan qaldırılması mövzusu yalnız bağlı qapılar arxasında müzakirə olunur: “Yeni sanksiyalar tətbiq etmək qərarına gəlsək, heç vaxt bu barədə açıqlama verməyəcəyik, bu qapalı prosedurdur”.


Create Account



Log In Your Account