Mar 19 2020 15:28
Elshad Aliyev
Views: 33

Avropa İttifaqının (Aİ) "Brexit" danışıqları üzrə müşaviri Mişel Barnier koronavirusa yoluxub.

APA-nın xəbərinə görə, bu barədə M. Barnier "Twitter"də bildirib.

"Sizə bildirmək istəyirəm ki, mənim COVID-19-la bağlı yoxlanışımın nəticəsi müsbət çıxıb. Özümü yaxşı hiss edirəm və müsbət ruhdayam. Mən vacib olan bütün təlimatları izləyirəm. Bu virusa yoluxanlar və hazırda karantində olanlar, biz birlikdə bunun öhdəsindən gələcəyik", - deyə M. Barnier qeyd edib.


Create Account



Log In Your Account