Apr 22 2020 16:58
Elshad Aliyev
Views: 118

Avropa İttifaqı pandemiyanın iqtisadi nəticələri ilə mübarizə üçün qonşu ölkələrə 3 milyard avro ayırıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının aprelin 22-də Brüsseldə yayımlanan bəyanatında deyilir.

“Avropa Komissiyası genişlənmə və qonşuluq siyasəti üzrə 10 tərəfdaş ölkəyə 3 milyard avro həcmində makromaliyyə yardımı paketi ayrılması barədə təklifi təsdiqləyib. Bu vəsait onlara koronavirus pandemiyasının iqtisadi nəticələrini məhdudlaşdırmaqda kömək edəcək”, - deyə sənəddə bildirilir.


Create Account



Log In Your Account