Apr 30 2020 10:36
Elshad Aliyev
Views: 60

ABŞ hökuməti daha bir neçə yüz milyon barel neftin saxlama anbarlarına vurulması imkanlarını nəzərdən keçirir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin deyib.

Onun sözlərinə görə, hazırda ABŞ administrasiyası dünya bazarlarında enerji daşıyıcıyılarına olan aşağı qiymətlərdən faydalanaraq strateji neft ehtiyatını artırır.

"Bundan əlavə, özəl şirkətlər neftlərini strateji ehtiyatda saxladıqları üçün ABŞ Energetika Nazirliyinə maliyyə vəsaiti ödəyirlər. Biz daha bir neçə yüz milyon barel saxlama imkanlarını da araşdırırıq", - deyə, S. Mnuçin qeyd etdi.


Create Account



Log In Your Account