Dec 29 2019 10:11
Elshad Aliyev
Views: 106

ABŞ-ın Nyu-York ştatının Monsi şəhərində naməlum şəxsin bıçaqla sinaqoq binası yaxınlığında insanlara hücumu zamanı bir neçə nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Fox News” hadisə şahidlərinə istinadən məlumat yayıb.

İnsident təxminən gecə saat 22:00-da (Bakı vaxı ilə 07:00-da) baş verib. Hadisə yerinə polis və təcili tibbi yardım xidməti gəlib.

İlkin məlumata görə, hücum nəticəsində azı 3 nəfər xəsarət alıb. Öz növbəsində, “Orthodox Jewish Public Affairs Council” təşkilatı bildirir ki, insident zamanı xəsarət alanların sayı azı 5 nəfərdir.

Digər təfərrüatlar dəqiqləşdirilir.


Create Account



Log In Your Account