Apr 20 2021 17:09
Elshad Aliyev
Views: 111

ABŞ-da əhalinin kütləvi vaksinasiyasının aparılmasına baxmayaraq, COVID-19-a gündəlik yoluxma artmağa davam edir.

APA-nın xəbərinə görə, CNN-in yaydığı məlumatda bildirilir ki, Cons Hopkins Universiteti son 7 gün ərzində koronavirusa gündəlik yoluxmanın orta hesabla 67 min nəfər olduğunu açıqlayıb, bu isə bir ay əvvəlki göstəricidən 25% çoxdur.  

“Hər gün Birləşmiş Ştatlarda daha çox insan peyvənd olunur, peyvəndləmə daha da sürətlənir. Digər yandan, ölkənin bəzi regionlarında yoluxanların və xəstəxanaya yerləşdirilənlərin sayı artır. Peyvənd olunmayan gənclər arasında da COVID-19-a yoluxma sayında artım qeydə alınır”, - deyə ABŞ-ın Xəstəliklərin profilaktikası və nəzarət üzrə Federal Mərkəzin rəhbəri Roşel Valenski bildirib.

Onun sözlərinə görə, ABŞ-da pandemiya ilə mübarizə hələ də “mürəkkəb mərhələdə”dir.


Create Account



Log In Your Account