Apr 03 2020 09:47
Elshad Aliyev
Views: 73

ABŞ-da yeni koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı 6053 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, rəsmi məlumatlar əsasında hesabat aparan Cons Hopkins Universitetinin açıqlamasında bildirilir ki, 245,5 min nəfər isə virusa yoluxub.

Ölüm sayına görə Nyu-York öndədir. Burada koronavirusdan 1562 ölüm qeydə alınıb.  

Ölkə üzrə ümumilikdə 9148 nəfər sağalıb.


Create Account



Log In Your Account