Apr 13 2020 17:52
Elshad Aliyev
Views: 58

ABŞ-ın vergi idarəsi administrasiyası koronavirusun yayılması ilə əlaqədar maliyyə yardımı paketindən ödənişlərin ilk mərhələsinin başlandığını elan edib.

“Bu gün ABŞ-ın vergi idarəsi “İqtisadi təsirlərə görə ödəmələr” proqramı çərçivəsində vergi ödəyicilərinin bank hesablarına ödənişlər edib. Biz bir çox insanın maliyyə yardımını səbirsizliklə gözlədiklərini bilirik, ona görə də bu yardımın onlara daha tez çatdırılmasına çalışırıq”, - deyə agentliyin bəyanatında bildirilir.

Bu, ölkədə koronavirusun yayılması ilə əlaqədar başlayan iqtisadi böhranın təsirini azaltmaq məqsədi ilə mart ayının sonunda Amerikanın vergi ödəyicilərinə Prezident Donald Trump tərəfindən imzalanmış və Konqres tərəfindən qəbul edilmiş 2,2 trilyon məbləğində maliyyə yardımı paketinin bir hissəsidir. Əvvəlki illərdə vergi ödəmiş 75 min dollarlıq gəliri olan amerikalılara 1200 dollara qədər, ailələrində uşaqları olanlara isə hər bir uşaq üçün əlavə 500 dollar veriləcək.

İlk depozitlər 2018 və 2019-cu illərdə vergi bəyannamələrini təqdim etmiş amerikalıların hesablarına köçürülüb.


Create Account



Log In Your Account