Jan 26 2019 11:26
Ferah Sabirqizi
Views: 253

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Konqress tərəfindən təqdim olunan büdcəni imzalayıb. Bununla da Amerika Birləşmiş Ştatlarının tarixində ən uzunmüddətli şatdaun 3 həftəliyinə başa çatıb. 34 gündür davam edən şatdaun zamanı  800 minə yaxın dövlət qulluçusu maaşsız qalıb. Tramp isə müvəqqəti büdcəni imzalasa da, Meksika ilə sərhədə divar çəkilməsi niyyətindən əl çəkməyib.

"Demokratlarla razılaşma əldə olunub. Bununla da “şatdaun”nun başa çatdığını deyə bilərik. Amma razılaşma 3 həftə üçün nəzərdə tutulub və hökumət 15 fevrala qədər çalışacaq. Bundan sonra biz yenə də kompromis axtarışına çıxmalıyıq. Biz bütün dünyaya və amerikalılara göstərməliyik ki, ölkənin təhlükəsizlik məsələsi ilə bağlı həmrəy ola bilərik. Ümid edirəm ki, respublikaçılar və demokratlar sərhədin qorunması üçün ortaq həll tapa biləcəklər".

 


Create Account



Log In Your Account