Apr 30 2020 16:34
Elshad Aliyev
Views: 47

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası İdarəsinin məlumatına görə, ölkə ərazisindəki neft anbarlarının 61 faizi dolub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda ABŞ-ın anbarlarında 397,9 milyon barrelə yaxın neft var. Anbarların maksimum tutum isə 653,5 milyon barreldir.

Oklahoma ştatının Kuşinq şəhəri yaxınlığında yerləşən neft anbarı 81 faiz (61,3 milyon barrel) dolub. Meksika körfəzi sahillərində və Orta Qərbdəki anbarlara vurulan neft isə müvafiq olaraq tutumun 60 və 65 faizi qədərdir (221,6 və 111,8 milyon barrel).

Martın 31-dən aprelin 24-dək ABŞ-da neft ehtiyatları 16 faiz – 73,9 milyon barrel artıb.


Create Account



Log In Your Account