Jul 06 2020 10:38
Elshad Aliyev
Views: 53

"Dominion Energy" və "Duke Energy" şirkətləri ABŞ-da tikintisi planlaşdırılan Atlantik Sahil Boru Kəməri ("Atlantic Coast Pipeline") layihəsinin bağlanıldığını elan edib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, layihənin bağlanılmasının səbəbi kimi onun bahalaşması və tənzimləmə ilə bağlı qeyri-müəyyənlik göstərilir.

Məlumata əsasən, boru kəmərinin marşrutunun dəyişdirilməsini tələb edən daimi məhkəmə işləri artıq layihənin dəyəri 4,5-5 mlrd. ABŞ dollarından ən azı 8 mlrd. dollaradək qaldırılıb. Şirkət rəsmilərinin fikrincə, layihəyə investisiyaların davam etdirilməsi artıq iqtisadi səmərəli deyil.

Gündəlik daşınma gücü 42 mln. kubmetrə yaxın olan layihənin məqsədi Qərbi Virciniyadan təbii qazın Atlantik okeanındakı sahillərinə daşınması idi.


Create Account



Log In Your Account