May 17 2021 09:21
Elshad Aliyev
Views: 102

ABŞ-ın Ayova ştatının Sibley şəhəri yaxınlığında yanar maddələr daşıyan yük qatarı körpünün çökməsi nəticəsində relsdən çıxıb.

APA “KTIV” telekanalına istinadən xəbər verir ki, qəzadan qısa müddət sonra yanğın başlayıb.
Hadisə yerinə bir neçə yanğınsöndürənlər və kimyəvi maddələr üzrə mütəxəssislər cəlb edilib.
Qatarda kənd təsərrüfatı məqsədləri ilə yanaşı, partlayıcı maddələrin hazırlanmasında istifadə olunan gübrələr və ammonium nitrat maddələri də olub.
Hadisənin baş verdiyi ərazidə 8 km radiusda insanlar evakuasiya edilib.
Hələlik mümkün qurbanlarla bağlı məlumat verilməyib.


Create Account



Log In Your Account