Jun 27 2020 12:41
Elshad Aliyev
Views: 45

Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı azalır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1 ədəd azalaraq 265 olub. Bu, son 4 ilin minimum göstəricisidir. Qazma qurğularının sayı ardıcıl 16-cı həftədir ki, azalır. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 702 ədəd geriləyib.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 1 ədəd azalaraq 188 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 605 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə dəyişməyərək 75 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 98 ədəd azalıb. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

 


Create Account



Log In Your Account