May 16 2020 11:47
Elshad Aliyev
Views: 343

Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı azalıb. AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 35 ədəd azalaraq 339 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 648 ədəd geriləyib.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 34 ədəd azalaraq 258 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 544 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd azalaraq 79 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 106 ədəd azalıb. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.


Create Account



Log In Your Account