Jun 08 2021 15:55
Elshad Aliyev
Views: 104

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycana səfər edib.

APA-nın ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Filip Rikerin səfəri iki gün davam edəcək.

Səfər çərçivəsində Filip Rikerin keçirəcəyi görüşlər zamanı ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker daha əvvəl Gürcüstanda səfərdə olub. O, Azərbaycandan sonra Ermənistana səfər edəcək.

 


Create Account



Log In Your Account