May 13 2020 12:15
Elshad Aliyev
Views: 41

Birləşmiş Ştatların cari il üzrə sutkalıq xam neft hasilatına dair proqnoz 100 min barrel azaldılıb.

AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, bu il Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,7 milyon barrel olacağı nəzərdə tutulur. Əvvəlki proqnoz isə 11,8 milyon barrel idi.

Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olub.


Create Account



Log In Your Account