May 25 2021 11:58
Elshad Aliyev
Views: 82

ABŞ-ın dövlət katibi Entoni Blinken bu gün səhər saatlarında İsrailə gəlib.

AZƏRTAC İsrailin Kan radiosuna istinadla xəbər verir ki, Blinkenin Yəhudi dövlətinin hökumət başçısı Binyamin Netanyahu və xarici işlər naziri Qabi Aşkenazi ilə görüşləri planlaşdırılır.

ABŞ dövlət katibi regiona mayın 27-dək davam edəcək səfəri çərçivəsində, həmçinin Fələstin Prezidenti Mahmud Abbas, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, İordaniya Kralı II Abdullah ilə də görüşəcək. Görüşlərdə Qəzza sektorunda atəşkəs rejiminin möhkəmləndirilməsi məsələsi müzakirə olunacaq.

Xatırladaq ki, Qəzza sektorunda 11 gün davam edən qarşılıqlı raket zərbələrindən sonra mayın 21-i yerli vaxtla gecə saat 02:00-da Fələstin və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib. Atəşkəs Misirin aktiv vasitəçiliyi ilə əldə edilib.


Create Account



Log In Your Account