Apr 20 2017 10:37
Naile Hesenova
Views: 587

Amerika Neft İnstitutu (API) tərəfindən ABŞ-da neft ehtiyatlarının həcminə dair açıqlanan rəqəmlər fonunda “Brent” markalı xam neftin bir barrelinin qiyməti bahalaşmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 54,55 dollara, “Layt” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 51,42 dollara alıcı axtarır.

API-yə görə, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində rekord səviyyədə - 1,83 milyon barrel azalıb. Lakin neft ehtiyatlarının həcminə dair rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Analitiklər isə “Brent” neftinin qiymətinin 54,60-55 dollara arasında dəyişəcəyini düşünürlər.

 


Create Account



Log In Your Account