Nov 28 2019 11:57
Elshad Aliyev
Views: 76

Birləşmiş Ştatların sutkalıq xam neft hasilatı rekord səviyyədədir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 107 min barrel artaraq sutkada orta hesabla 12,9 milyon barrelə çatıb. Neft hasilatı Alyaska ştatında 7 min, digər ştatlarda isə 100 min barrel artıb. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

ABŞ-ın sutkalıq neft istehsalı yanvarda orta hesabla 11,9 milyon barrel, fevralda 12 milyon, martda 12,2 milyon, apreldə 12,3 milyon, mayda 12,4 milyon, iyunda 12,2 milyon, iyulda 12 milyon, avqustda 12,3 milyon, sentyabrda 12,4 milyon, oktyabrda isə 12,6 milyon barrel olub.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,3 milyon barrel, gələn il isə 13,3 milyon barrel olacaq.


Create Account



Log In Your Account