Dec 11 2019 10:28
Elshad Aliyev
Views: 129

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (2-8 dekabr) yekunlarına görə, ABŞ-da neft ehtiyatları artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 1,41 mln. barel artaraq 447 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 2,8 mln. barel azalacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.


Create Account



Log In Your Account