Dec 19 2019 12:39
Elshad Aliyev
Views: 106

Birləşmiş Ştatların xam neft ehtiyatları geriləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1,1 milyon barrel (0,2 faiz) azalaraq 446,8 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 1,3 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 800 min barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 635 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 2,5 milyon barrel (1,1 faiz) artaraq 237,3 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,2 milyon barrel artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 5,4 milyon barrel çoxalmışdı.


Create Account



Log In Your Account