Jun 03 2020 10:30
Elshad Aliyev
Views: 61

Amerika neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (25-29 may) yenidən azalıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 0,48 mln. barel azalaraq 531 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 3 mln. barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.


Create Account



Log In Your Account