Jun 09 2021 10:55
Elshad Aliyev
Views: 90

Həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) 2 mln. barel azalaraq 477,3 mln. barelə düşəcəyi gözlənilir.

"APA-Economics" xəbər verir ki, bu proqnozu "Daily FX" şirkətinin ekspertləri veriblər.

Müvafiq məlumatlar bu gün Bakı vaxtı ilə saat 18:30-da ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) icmalında dərc olunacaq.

Beləliklə, ABŞ üçün ötən həftə neft ehtiyatlarının azaldığı ardıcıl üçüncü həftə ola bilər. Belə ki, 28 may tarixinə 5,1 mln. barel, 21 mayda isə 1,7 mln. barel azalma qeydə alınıb.

 


Create Account



Log In Your Account