May 07 2020 12:16
Elshad Aliyev
Views: 50

ABŞ-ın gündəlik xam neft istehsalı azalır. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 123 min barrel azalaraq sutkada orta hesabla 11,9 milyon barrel olub.

Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı gündəlik orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 410 min barrel artaraq sutkada 5,7 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 244 min barrel çoxalaraq gündəlik 3,5 milyon barrel təşkil edib.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft istehsalı bu il sutkalıq orta hesabla 11,8 milyon barrel olacaq.

Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.


Create Account



Log In Your Account