Apr 25 2020 12:58
Elshad Aliyev
Views: 76

ABŞ-ın bəzi ştatlarında karantin məhdudiyyətləri yumşaldılıb.

APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Corcia və Oklahoma ştatlarında bovlinq zalları, bərbərxanalar və SPA mərkəzlərinin açılmasına icaza verilib. Həmçinin Alyaskadakı restoran və pərakəndə satış yerlərində tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Məlumata əsasən, üç əyalətdə açılan mağaza və restoranlara gedən müştərilərin sosial məsafə qaydasına əməl etmələri gözlənilir.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və xəstəlikdən ölüm halına görə ilk yerdədir.


Create Account



Log In Your Account