Dec 24 2019 15:46
Elshad Aliyev
Views: 110

ABŞ-ın “USS Ross” raket esminesi dekabrın 24-də səhər saatlarında Ukraynanın Odessa dəniz limanına daxil olub. Amerika hərbi gəmisinin səfərinin məqsədi barədə məlumat verilmir.

AZƏRTAC Ukrayna mətbuatına istinadla xəbər verir ki, “USS Ross” raket esminesi 2016-cı ildə Odessaya ilk səfəri zamanı ABŞ-ın “Whidbey Island” desant gəmisi ilə birgə beynəlxalq “Sea Breeze-2016” təlimlərində iştirak edib. 2019-cu ildə NATO-nun hərbi gəmiləri 30 dəfə Qara dənizə daxil olub və 15 dəfə Odessada lövbər atıb.

“USS Ross” raket esminesi “Arleigh Burke” tipli gəminin əvvəlki versiyasıdır. O, 1996-cı ildə suya buraxılıb və Virciniya ştatında yerləşən Norfolk hərbi dəniz bazasına təhvil verilib. Ekipajı 337 nəfərdən ibarət esminesin uzunluğu 154 metr, eni 20 metr, su tutumu isə 8775 tondur.

“USS Ross”, həmçinin “Harpoon” gəmi əleyhinə raket sistemləri və “Tomahawk” qanadlı raketlər üçün 90 şaxta atış qurğusu ilə təchiz olunub.

 


Create Account



Log In Your Account