Apr 30 2020 11:40
Elshad Aliyev
Views: 64

Birləşmiş Ştatların xam neft ehtiyatları artıb. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 9 milyon barrel (1,7 faiz) artaraq 527,6 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 10,6 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 15 milyon barrel çoxalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları da 1,2 milyon barrel (0,2 faiz) artaraq 636,1 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 3,7 milyon barrel (1,4 faiz) azalaraq 259,6 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,5 milyon barrel çoxalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1 milyon barrel artmışdı.


Create Account



Log In Your Account