Apr 20 2020 12:24
Elshad Aliyev
Views: 63

ABŞ Maliyyə naziri Stiven Mnuçin bildirib ki, Konqres və nazirlik kiçik biznesin qurtuluşu əlavə vəsait ayrılması haqqında razılığa gələ bilərlər.

AZƏRTAC xəbər verir ki, Stiven Mnuçinin CNN telekanalındakı çıxışında dediyinə görə, kiçik müəssisələrdə işləyən yüz minlərlə amerikalı COVID-19 pandemiyası səbəbindən məcburi məzuniyyətə göndərilib. Razılaşmanın şərtlərinə əsasən, administrasiya bu məzuniyyət dövründə kiçik müəssisələrin öz işçilərinə əməkhaqqı ödəyə bilməsi üçün nəzərdə tutulmuş proqrama 300 milyard dollar əlavə edə biləcək. Bu administrasiya tərəfindən əvvəlcə təklif edilmiş məbləğdən çoxdur.

Cümə axşamı ABŞ-ın Kiçik Biznes Administrasiyasının nümayəndələri bildiriblər ki, Kiçik biznesin qurtuluşu Fonduna mart ayında verilmiş 350 milyard dollar tamamilə tükənib.

“Biz kiçik müəssisələrin iştirakının səviyyəsindən razıyıq və buna görə istəyirik ki, Konqres əlavə vəsait ayrılması təklifini dərhal təsdiq etsin”, - deyən Mnuçin daha sonra bildirib ki, 300 milyard dollara bərabər əlavə məbləğ bütün işçilərə yardım edilməsi üçün kifayət olacaq.

Mnuçin ümidvar olduğunu bildirib ki, Maliyyə Nazirliyi artıq çərşənbə günü həmin vəsaiti Fondun hesabına köçürə bilməsi üçün Senat və Nümayəndələr Palatası çərşənbə axşamı lazımi tədbirləri görəcəklər.

Senatda demokratların lideri Çarlz Şumer də deyib ki, Senat Nümayəndələr Palatası və Maliyyə Nazirliyi ilə danışıqlarda “çox yaxşı nəticələrə” nail olub, amma Şumer bunu da əlavə edib ki, qanun layihəsində həmin vəsaitin hədəf auditoriya üçün daha əlçatan olmasını təmin edən müddəalar olmalıdır.


Create Account



Log In Your Account