Dec 13 2019 14:22
Elshad Aliyev
Views: 314

ABŞ Konqresinin Nümayəndələr palatasının hüquq komitəsi 14 saatdan çox davam edən dinləmələrdən sonra impiçment proseduru çərçivəsində Prezident Donald Trampa qarşı iddianaməni təsdiq etməyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, növbəti dinləmələr bu gün yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 19:00) başlayacaq.

Dekabrın 12-də hazırkı prezidentin hakimiyyətdən uzaqlaşdırılması prosedurunun təşəbbüskarlarının opponentləri Ağ evin hazırkı rəhbərinə qarşı sənədə beş düzəliş əlavə edib. Donald Trapın partiyadaşları xüsusən hakimiyyətdən sui-istifadəyə dair bütün qeydlərin və ABŞ-ın sabiq vitse-prezidenti Cozef Baydenin adının ittihamlardan çıxarılmasında israr edib. Bununla yanaşı, Baydenin oğlu Hanter və onun Ukraynanın “Burisma Group” kompaniyası ilə əlaqələri təhqiqatın nəzər nöqtəsində qalacaq. ABŞ administrasiyası Ukraynaya yardımın bütün hallarda təqdim olunmasında israrlıdır.

Müzakirələr dekabrın 12-də yerli vaxtla saat 09:00-da başlayıb və 14 saatdan çox davam edib. Demokratlar partiyasının nümayəndələri ABŞ-ın hazırkı rəhbərinə qarşı hakimiyyətdən sui-istifadə və Konqresin təhqiqatına mane olmaq ittihamları irəli sürürlər.

Bir neçə aydır ki, ABŞ-da Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı ətrafinda böyük qalmaqal başlayıb. İyulun 25-də Birləşmiş Ştatlar və Ukrayna prezidentlərinin telefon danışığının stenoqramı dərc edilib. Stenoqram Donald Trampın həqiqətən də Kiyevə maliyyə və hərbi yardım qarşılığında Vladimir Zelenskidən direktorlar heyətinə Baydenin oğlunun da daxil olduğu “Burisma Group” kompaniyasının, həmçinin Hanter Baydenin fəaliyyətini araşdıran Ukraynanın sabiq Baş prokuroru Viktor Şokinin istefa şəraitinin tədqiqi barədə xahişi etdiyini təsdiqləyib. Bu qalmaqal Birləşmiş Ştatlar liderinin impiçment prosedurunun başlamasına səbəb olub. Demokrat Co Bayden 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində Donald Trampın əsas rəqibi sayılır.


Create Account



Log In Your Account