Mar 11 2020 10:17
Elshad Aliyev
Views: 53

ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və Amerika Gürcüstan İş Şurası (AGBC), koronavirus infeksiyasının yayılmasını nəzərə alaraq Azərbaycan və Gürcüstana 5-10 aprel 2020-ci il tarixlərində nəzərdə tutulan ticarət missiyalarını təxirə salıb.

"APA-Econimics"in USACC-yə istinadən verdiyi məlumata görə, təşkilatlar bölgədəki yerli tərəfdaşların təhlükəsizliyinə əmin olduğundan sonra ticarət missiyalarının keçiriləcəyi yeni tarixlər barədə məlumat verəcək.

Ticarət missiyalarının təxirə salınması ilə bağlı qərar ABŞ-ın Azərbaycan və Gürcüstandakı səfirlikləri, eləcədə ABŞ-ın Türkiyədəki Ticarət Xidməti ilə məsləhətləşmələri nəticəsində qəbul edilib.


Create Account



Log In Your Account