Apr 13 2020 18:10
Elshad Aliyev
Views: 151

Asiya İnkişaf Bankı (AİB) koronavirus pandemiyası (COVID-19) ilə mübarizə üçün inkişafda olan ölkələrə ayrılmış yardım paketini 3 dəfə artıraraq 20 mlrd. ABŞ dollarına çatdırıb.

"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, əvvəlcə AİB-in martın 18-də elan etdiyi dəstək paketi 6,5 mlrd. dollardan ibarət idi. Yeni 13,5 mlrd. dollarlıq əlavə paketə təqribən 2,5 mlrd. dollarlıq müavinət və qrant şəklində olan vəsaitlər daxildir.

"Bu pandemiya Asiyada sosial və iqtisadi inkişafı ciddi şəkildə geriyə salacaq, yoxsulluğun azaldılması istiqamətində irəliləyişləri yavaşladacaq və iqtisadiyyatları tənəzzülə uğradacaq", - deyə AİB-in prezidenti Masatsuku Asakava (Masatsugu Asakawa) bildirib.


Create Account



Log In Your Account