Apr 22 2020 17:00
Elshad Aliyev
Views: 129

ABŞ-da səhiyyə sahəsini tənzimləyən strukturlar koronavirusun analizi üçün ev şəraitində amerikalıların nümunələr topladığı test paketini bəyənib. Bu, Amerika ştatlarının çoxunda testləşdirmə imkanlarını genişləndirməyə imkan yaradacaq yeni üsuldur.

AZƏRTAC xəbər verir ki, “LabCorp” testindən ilk olaraq tibb işçiləri və qəza xidməti əməkdaşları istifadə edəcəklər. Nümunələr tibbi araşdırma üçün geriyə, bütün ölkə ərazisində diaqnostika laboratoriyalarını idarə edən “LabCorp” şirkətinə göndəriləcək.

Ev şəraitində nümunələr toplamaq üçün tibbi yaxmalardan müstəqil istifadə etmək tibb işçilərinin yoluxma riskini azaltmaqla yanaşı, həm də artıq ABŞ-da aztapılan məhsula çevrilmiş qoruyucu vasitələrə qənaət olunmasına kömək edir.

Test paketindən istifadə etmək istəyənlər əvvəlcə onlayn-anket vasitəsilə skrininqdən keçməlidirlər. Əgər, anket cavablarını yoxlayan həkim icazə verərsə, “LabCorp” test komplektini müraciət edən şəxsin ev ünvanına göndərir. Komplektə yaxmalı pambıq, analiz üçün sınaq borusu, izolə edilmiş paket və analizi geriyə, “LabCorp”-a göndərmək üçün qutu daxildir. Testin nəticələri internetdə, şirkətin qorunan veb-saytında yerləşdiriləcək.

Şirkətin nümayəndələri testin ən yaxın həftələrdə istifadəyə veriləcəyini bəyan edib. Hər komplektin qiyməti 119 dollar olacaq. Merilenddə, Nyu-Cersidə, Nyu-Yorkda və Rod-Aylenddə test-paketləri əldə etmək mümkün olmayacaq. “LabCorp” şirkəti bildirir ki, buna səbəb həmin ştatlarda evdə toplanmış analiz paketi vasitəsilə test aparmağı qadağan edən qanunun qüvvədə olmasıdır.


Create Account



Log In Your Account