Mar 13 2020 11:43
Elshad Aliyev
Views: 45

ABŞ Çindən idxal olunan bəzi tibbi ləvazimatları, o cümlədən maska, stetoskop və qan təzyiqini ölçmək üçün manjetləri gömrük rüsumundan azad edib.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nümayəndəliyi məlumat yayıb. Məqsəd koronavirus pandemiyası ilə əlaqədar tibbi ləvazimatlara artan tələbatı ödəməkdir.

Bir neçə gün əvvəl Ticarət Nümayəndəliyi Çindən idxal olunan digər tibbi ləvazimatların gömrük rüsumundan azad edilməsi barədə də qərar qəbul etmişdi.

Qeyd edək ki, bu ölkələr arasında iki ilə yaxın davam etmiş ticarət mübahisələrinin gedişində tərəflər qarşılıqlı olaraq idxal rüsumlarını artırmışdılar. ABŞ Prezidenti Donald Trampın qərarı ilə 2019-cu il sentyabrın 1-dən Çindən gətirilən tibbi ləvazimatlara 15 faizlik əlavə idxal rüsumu tətbiq olunurdu. Cari ilin yanvarında iki ölkə arasında ticarət sazişinin birinci mərhələsinin imzalanmasından sonra Vaşinqton Çindən gətirilən tibbi ləvazimatlara tətbiq olunan rüsumları yarıbayarı azaltmışdı.

 


Create Account



Log In Your Account