Apr 20 2020 12:21
Elshad Aliyev
Views: 55

ABŞ-ın “Light” markalı xam neftinin bir barrelinin qiyməti son 21 ilin minimum səviyyəsinə enib.

AZƏRTAC xəbər verir ki, “Light” neftinin bir barreli hazırda Nyu-Yorkun NYMEX birjasında 14,97 dollara satılır. ABŞ neftinin qiyməti sonuncu dəfə 1999-cu ildə bu səviyyələrdə olub.

Qiymətin enməsinə səbəb ABŞ-ın ən böyük neft anbarı olan “Cushing”də anbarların az qala maksimum səviyyədə dolmasıdır.

ABŞ investorları anbarların tezliklə dolacağından və tələbatın sürətlə azalacağından narahatdır.


Create Account



Log In Your Account