May 18 2020 11:25
Elshad Aliyev
Views: 47

ABŞ-ın “Light” markalı xam neftinin bir barreli 31 dollardan baha satılır. Bu, son 2 ayın maksimum səviyyəsidir.

AZƏRTAC xəbər verir ki, qiymətin artmasına səbəb qlobal miqyasda neft istehsalçılarının hasilata məhdudiyyətlər tətbiq etməsidir.

Belə ki, Nyu-York birjasında fyuçers müqavilələrinin qiyməti son 3 həftədə təxminən 2 dəfəyədək artıb. Həmçinin ABŞ-dakı aktiv neft qazma qurğularının sayı da ardıcıl olaraq 9-cu həftədə də azalıb və son 10 ildə ən aşağı səviyyəyə enib. ABŞ-ın xam neft fyuçersləri üzrə əsas paylama mərkəzi olan Oklahoma ştatının Cushing şəhərində isə ehtiyatlar fevral ayının sonundan bəri ilk dəfə azalıb.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 33 dollardan, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 31 dollardan baha satılır.


Create Account



Log In Your Account