Dec 13 2019 10:45
Elshad Aliyev
Views: 125

ABŞ Prezidenti Donald Tramp Çindən idxal edilən 160 milyard dollarlıq məhsula 15%-lik gömrük rüsumunun tətbiqinin təxirə salınmasını nəzərdə tutan ticarət razılaşmasının ilk bəndini təsdiqləyib.

"Report" bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Çinin daha çox kənd təsərrüfatı məhsulu almaq öhdəliyini özündə əks etdirən saziş D.Trampa təqdim edildikdən sonra, tərəflər Çin məhsullarına tətbiq edilən gömrük rüsumlarının azadılmasını müzakirə ediblər.

"Çin ilə böyük bir müqavilə imzalayırıq. Onlar istəyirlər, biz də elə!" - D.Trump sosial media səhifəsində açıqlama verib.

Ticarət razılaşması ilə bağlı nikbinlik birjalarda canlanmaya səbəb olur və səhmlər bahalaşıb. 


Create Account



Log In Your Account