May 15 2020 10:30
Elshad Aliyev
Views: 43

Asiya İnkişaf Bankının (AİB) yeni proqnozuna əsasən, COVID-19 pandemiyasının səbəb olduğu qlobal iqtisadiyyatın itkiləri 5,8-8,8 trln. dollar arasında ola bilər.

"APA-Economics"in bankın  yenilənmiş “Assessment of the Potential Economic Impact of COVID-19” adlı hesabatına istinadən verdiyi məlumata görə, sözügedən itki qlobal ÜDM-in 6,4%-dən 9,7%-nə qədər təşkil edir. Hesabatda qeyd edilir ki, 5,8 trln. dollar həcmində itki 3 ay davam edən təcrid ssenarisi halında, 8,8 trln. dollara çatan itkilər isə 6 aylıq təcrid ssenarisi halında baş verə bilər.

AİB-in proqnozuna görə, Asiya-Sakit Okean regionunda 3 aylıq təcrid halında ÜDM istehsalı 6,2% və ya 1,7 trln. dollar, 6 ay davam edən izolyasiya halında isə 9,3% və 2,5 trln. dollar azalacaq.

Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin proqnozuna görə, bu il dünya iqtisadiyyatı yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən təxminən 3,2% və ya 8,5 trln. azalacaq.


Create Account



Log In Your Account